Papuaşvili Aİ səfirinə: Avropa maliyyəsi zorakılığa yönəlməməlidir
sizinxeber.az xəbər saytı

Papuaşvili Aİ səfirinə: Avropa maliyyəsi zorakılığa yönəlməməlidir


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinskiyə ünvanladığı məktubda bildirib ki, Avropanın maliyyəsi zorakılığa yönəlməməlidir.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, Ş.Papuaşvili səfirin Aİ maliyyəsi ilə fəaliyyət göstərən bəzi QHT-lərin zorakı və nifrət dolu çağırışlarını pisləməməsinə görə narahatlığını ifadə edib.

O, bəyanatında qeyd edib ki, Aİ tərəfindən maliyyələşdirilən bəzi qruplar Gürcüstan hökuməti və parlamentinə qarşı təhqir və zorakılıq kampaniyası aparırlar: “Aİ-nin Gürcüstandakı missiyası bu təhlükəli təbliğatı açıq şəkildə pisləməlidir. Əks halda, bu susqunluq ekstremizmin legitimləşdirilməsinə səbəb olur”.

Sədr əlavə edib ki, Aİ-nin maliyyəsi ilə fəaliyyət göstərən QHT-lər son zamanlar parlament və hökuməti “qeyri-legitim” elan etməyə başlayıblar. Onun fikrincə, bu, demokratik institutlara açıq hücumdur və ekstremist çağırışlar Avropa dəyərləri adı altında müdafiə olunur.

Parlament sədri beynəlxalq donorlara da çağırış edərək ekstremist məqsədlərə maliyyə dəstəyinin qarşısının alınmasını tələb edib: “Məsuliyyətli donorluq seçim deyil, beynəlxalq öhdəlikdir. Avropa İttifaqı bu məsuliyyətdən yayınmamalıdır”.

Oxşar xəbərlər

Papuaşvili: Fransa səfirliyi turist marşrutları adı ilə ekstremist siyasi qruplara pul verir
Papuaşvili: Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər
Papuaşvili: Gürcüstan hökuməti pirotexnikanın idxalını məhdudlaşdırmağı planlaşdırır
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Şalva Papuaşvili: Aİ Gürcüstandakı seçkilərlə bağlı ATƏT-lə görüşün nəticələrini gizlədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər