İsrail İrana hücumları davam etdirir: Natanzdakı nüvə obyektinə yenidən zərbə endirilib - YENİLƏNİB-2
İsrail İrana qarşı növbəti hücum dalğası çərçivəsində Natanzdakı nüvə obyektinə yenidən zərbə endirib.
Bu barədə “Report” İsrailin 12-ci kanalına istinadən xəbər verir.
Öz növbəsində, “NourNews” agentliyi İranın qərbində yerləşən Kirmanşah əyalətinin Qəsr-e Şirin və Kəngavər şəhərlərinə zərbələr endirildiyi barədə məlumat yayıb.
İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.
Bu barədə “Report” İsrailin 12-ci kanalına istinadən xəbər verir.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib.
İranın Təbriz şəhərinin ətrafında yenidən partlayış səsləri eşidilib.
“Report”un məlumatına görə, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail Təbriz aeroportuna zərbə endirib.
Oxşar xəbərlər
KİV: İsrail İrana qarşı yeni hücumlara başlayıb - YENİLƏNİB
İsrail Hərbi Hava Qüvvələri indiyədək İrana beş zərbə dalğası endirib
İsrail İrana ikinci zərbə endirib
İsrailin İrana zərbəsi: nüvə savaşı yaxınlaşdı? - NATO
İsrail İranın zavoduna zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













