Gürcüstan və Macarıstan arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb
sizinxeber.az xəbər saytı

Gürcüstan və Macarıstan arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb


Budapeştdə Gürcüstan və Macarıstanın baş nazirləri İrakli Kobaxidze və Viktor Orbanın həmsədrliyi ilə Gürcüstan-Macarıstan Hökumətlərarası Komissiyasının ikinci iclası keçirilib.

“Report” xəbər verir ki, iki ölkənin Nazirlər Kabineti üzvlərinin iştirak etdiyi görüşdə sektorlararası əlaqələrin daha da dərinləşdirilməsi potensialı müzakirə olunub.

Enerji və kommunikasiya, ətraf mühit və kənd təsərrüfatı, müdafiə, hüquq-mühafizə, ədliyyə, səhiyyə, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Kobaxidze siyasi əlaqələrlə yanaşı, ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. Gürcüstanın hökumət başçısının sözlərinə görə, bu sahədə də yaxşı dinamika var, lakin eyni zamanda artım potensialı da mövcuddur.

Gürcüstan-Macarıstan hökumətlərarası sammiti çərçivəsində iki ölkə arasında ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı, innovasiya və idman sahələrində əməkdaşlığa dair sazişlər imzalanıb. Sənədləri iki ölkənin Nazirlər Kabinetinin üzvləri imzalayıblar. Baş nazirlər isə sammitin Bəyannaməsini imzalayıblar.

Oxşar xəbərlər

Gürcüstanın Baş naziri Azərbaycana gəlir
Gürcüstanın Baş naziri Macarıstanda rəsmi səfərdədir
Gürcüstan və Macarıstan ticarət əlaqələrini artırmaq niyyətindədir
Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb, regionda sülh prosesini müzakirə edib
Azərbaycan aqrar sığorta təcrübəsini Gürcüstanla bölüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle