Ukraynaya kütləvi hücum: ölənlərin sayı artdı - Video
09:51
Rusiya ordusu Ukraynaya kütləvi raket və PUA zərbələri endirib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Kiyevin bütün rayonları raket və PUA atəşinə məruz qalıb. Yaşayış evləri, yanacaqdoldurma məntəqəsi, bir sıra tikililər və poliklinika dağılıb, 4 nəfər həlak olub, 58 nəfər yaralanıb.
Dnepr şəhərinə zərbələr zamanı yaşayış və ictimai binalara, avtomobillərə ziyan dəyib, 6 nəfər ölüb, 33 nəfər yaralanıb.
Xarkov şəhərində 14, Zaporojye şəhərində isə 3 nəfər yaralanıb.
Bundan başqa, Sum və Çerniqov şəhərlərinə də raket zərbələri endirib.
***
Rusiya ordusunun bu gecə Ukraynaya genişmiqyaslı hava hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, 100-dən çox insan yaralanıb.
Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat yayıb.
O Dneprdə 9 nəfərin öldüyünü bildirib: “İkinci zərbə zamanı xilasedici də həlak olub, daha 35 sakin yaralanıb”.
Klimenko ən azı altı nəfərin itkin düşdüyünü qeyd edib.
Kiyevdə isə xəsarət alanların sayı 60-ı keçib.
***
Rusiyanın gecə saatlarında Kiyev və Dneprə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə yerli hakimiyyət orqanlarının yaydığı məlumatda bildirilib.
Oxşar xəbərlər
İqor Klimenko: Rusiyanın Ukraynaya kütləvi aviazərbələri nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb
Klimenko: Son sutka ərzində Rusiyanın Ukraynaya zərbələri nəticəsində 14 nəfər ölüb
Rusiya Ukraynaya 73 raket və 656 PUA ilə hücum edib: 13 nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB
Rusiya Ukraynaya zərbələr endirib, 2 nəfər ölüb, 18 nəfər yaralanıb
Ukraynaya kütləvi dron hücumu: bina çökdü, ölənlər var - Foto
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
“Marsel” avrokuboklardan kənarlaşdırıla bilər
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
