Ukraynaya kütləvi dron hücumu: bina çökdü, ölənlər var - Foto
sizinxeber.az xəbər saytı

Ukraynaya kütləvi dron hücumu: bina çökdü, ölənlər var - Foto


Rusiya ordusu aprelin 25-nə keçən gecədən başlayaraq Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib.

Sizinxeber.Az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, hava hücumu nəticəsində yaşayış binalarına, müəssisələrə və sənaye infrastrukturuna ziyan dəyib.

Şəhərdə yanğınlar baş verib.

Dördmərtəbəli yaşayış binası qismən dağılıb. İlkin məlumatlara görə, biri uşaq olmaqla 14 nəfər yaralanıb. Beşi uşaq olmaqla 30 nəfər xilas edilib.

İnsanların dağıntılar altında qaldığı ehtimal olunur. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Hava zərbələri nəticəsində Xarkov şəhərində də dağıntılar qeydə alınıb, 2 nəfər xəsarət alıb.

Məlumata görə, gecə kamikadze dronları ilə Odessaya da hücum edilib. Yaşayış binalarına zərbələr qeydə alınıb. İki nəfər ölüb, yaralılar var.

Bundan başqa, Kiyev vilayətinə də endirilən hava zərbələri nəticəsində dağıntılar qeydə alınıb.

Məlumata görə, Rusiya ordusu kütləvi hava hücumu zamanı 47 müxtəlif tipli raketdən və 619 drondan istifadə edib. Raketlərdən 12-si ballistik raket olub. Ukrayna hava hücumundan müdafiə sistemi 30 raketi və 580 dronu zərərsizləşdirməyi bacarıb.

Oxşar xəbərlər

Rusiya Ukraynaya zərbələr endirib, 2 nəfər ölüb, 18 nəfər yaralanıb
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
Ötən gecə Rusiya Odessaya hava zərbələri endirib, 13 nəfər xəsarət alıb
Samarada dron hücumu nəticəsində yaşayış binası çöküb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər