Pezeşkiandan Trampa cavab: Sizi peşman edəcəyik!
sizinxeber.az xəbər saytı

Pezeşkiandan Trampa cavab: Sizi peşman edəcəyik!


İranda "sərt xətt tərəfdarları" və "mülayimlər" arasında heç bir ayrı-seçkilik yoxdur.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian amerikalı həmkarı Donald Trampın sözlərinə cavab olaraq deyib.

"Hamımız iranlıyıq və inqilabçıyıq. Millətin və dövlətin dəmir birliyi ilə, ölkə liderinin göstərişlərinə tam itaət etməklə təcavüzkarı peşman edəcəyik. Tək Tanrı, bir millət, bir lider və bir yol - bu, İran üçün canımızdan əziz olan qələbə yoludur", - deyə Pezeşkian bildirib.

Qeyd edək ki, Tramp daha öncə İranda liderlik mübarizəsinin getdiyinə dair iddia irəli sürmüşdü:

“İran liderinin kim olduğunu anlamaqda çox çətinlik çəkir. Onlar həqiqətən bilmirlər. Daxili münaqişələr meydanda ciddi şəkildə uduzan "sərt xətt tərəfdarları" ilə o qədər də mülayim olmayan, amma hörmət edilən "mülayimlər" arasında şiddətli mübarizə gedir".

Oxşar xəbərlər

Tramp: İran razılığa gəlməyənə qədər Hörmüz boğazı tam bağlı qalacaq
İran Prezidenti Donald Trampı sərt tənqid edib
İran vurduğu dronların dəyərini açıqladı
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib
Qalibaf: İran nə Suriya, nə də Venesueladır!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər