Tramp: İran razılığa gəlməyənə qədər Hörmüz boğazı tam bağlı qalacaq
sizinxeber.az xəbər saytı

Tramp: İran razılığa gəlməyənə qədər Hörmüz boğazı tam bağlı qalacaq


İran razılığa gəlməyənə qədər Hörmüz boğazı tam bağlı qalacaq.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.

O, ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib.

Tramp qeyd edib ki, heç bir gəmi ABŞ donanmasının icazəsi olmadan ora daxil ola və ya tərk edə bilməz.

Tramp İran hakimiyyətində siyasi çəkişmələr olduğunu da vurğulayıb.

“İran liderin kim olduğunu müəyyən etməkdə çətinlik çəkir. Onlar sadəcə bunu bilmirlər. Döyüş meydanında çox pis uduzan sərt xətt tərəfdarları və çox da mötədil olmayan mötədillər arasında gedən dava həngamədir”, - ABŞ prezidenti yazıb.

Qeyd edək ki, İran Hörmüz boğazına nəzarətin SEPAH-ın əlində olduğunu bəyan edir.

Oxşar xəbərlər

Tramp: İran artıq Hörmüzdən "dünyaya qarşı silah" kimi istifadə edə bilməyəcək
Tramp: İran razılığa gəlməsə, misli görünməmiş bombardmana məruz qalacaq
Tramp: Mənim kimi Putin də hesab edir ki, İsrail-İran müharibəsi bitməlidir
Tramp: ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur
Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər