Kreml Hindistan və Pakistan arasında münasibətlərin pisləşməsindən narahatdır
Kreml Hindistan və Pakistan arasında münasibətlərin pisləşməsindən narahatdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva İslamabad və Nyu-Dehlinin gərginliyi azalda biləcəklərinə ümid edir.
"Ümid edirik ki, tərəflər sərhəddə gərginliyin səviyyəsini azaltmaq üçün tədbirlər görəcək, tədbirləri razılaşdıra biləcəklər. Əlbəttə ki, Hindistan və Pakistan arasında sərhəddə yaranmış gərgin atmosferi böyük narahatlıqla izləyirik. Hindistan bizim strateji tərəfdaşımızdır, Pakistan da bir çox məsələlərdə tərəfdaşımızdır. Biz həm Nyu-Dehli, həm də İslamabadla əlaqələri yüksək qiymətləndiririk", - Peskov vurğulayıb.
Oxşar xəbərlər
İran XİN başçısı: Tehran Hindistan və Pakistan arasında gərginliyi azaltmaq istəyir
Hindistan və Pakistan hərbçiləri arasında atışma baş verib
Rusiya Hindistan və Pakistanı təmkinli olmağa çağırıb
Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır
Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













