Rusiya və ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək
Rusiya Federasiyası və ABŞ fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.
Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya-ABŞ danışıqları sürpriz olub, bunu mətbuatdan öyrəniblər.
Oxşar xəbərlər
Rusiya və Çin liderləri Kazanda görüşüblər
Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır
ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə hücumlara moratorium tətbiq etməyi təklif edib
ABŞ və Rusiya Ukraynada münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib
ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













