Rusiyaya gələn əcnəbilərin tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanır
Rusiya Dövlət Duması ölkəyə gələn əcnəbilərin məcburi tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bunu qanunverici orqanın sədri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.
“Ölkəmizə gələn əcnəbi vətəndaşların tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsləri üzərində işləyirik”, – deyə V. Volodin bildirib.
Qeyd edək ki, qanun layihəsinə əsasən, barələrində istənilən inzibati hüquqpozma halında ölkədən çıxarılma qərarı veriləcək əcnəbilər Rusiya ərazisində bank hesabı açmaq, bank hesablarındakı vəsaitin üzərində sərəncam vermək, danışmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar aparmaq, nəqliyyat vasitələrini idarə etmək və sürücülük vəsiqəsi almaq, nikah bağlamaq hüququnu itirəcək.
Bu qəbildən olan və adları xüsusi reyestrə daxil ediləcək şəxslər həmçinin Rusiya Daxili İşlər Nazirliyinin icazəsi olmadan yaşayış yerini dəyişmək hüququndan məhrum ediləcək.
Oxşar xəbərlər
Volodin Qərbi hədələyib
Rusiyada uşaqsızlıq təbliğatını qadağan edən qanun layihəsini qəbul edilib
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Rusiyaya iş üçün gedən əcnəbilərə ailələrini özləri ilə gətirmək qadağan olunacaq
Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar fevralın 5-dən qüvvəyə minəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













