Sarah Nandudu: WUF13-dən Uqandaya həll yolu ilə qayıtmaq istəyirəm
Uqanda Beynəlxalq Gecəqondular Federasiyasının prezidenti Sarah Nandudu Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) eyni problemləri müzakirə etdiklərini bildirib.
"Sizinxeber.az"un məlumatına görə, o, WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı Azərbaycandan Uqandaya həll yolu ilə qayıtmaq istədiyini də söyləyib.
"Biz təşkilat olaraq, müxtəlif tərəfdaşlarla, hökumətlərlə görüşmüşük, problemlərin həlli üçün müxtəlif təkliflər irəli sürmüşük. Mən Azərbaycandan Uqandaya həll yolu ilə qayıtmaq istəyirəm, praktiki həll yollarına nail olduğumuzu demək istəyirəm", - o qeyd edib.
S.Nandudu həmçinin deyib ki, evi havada deyil, yerdə tikmək lazımdır:
"Ancaq Uqandada torpaqda ev tikmək problemi var. Bizi şəhərlərə, az qala, buraxmırlar, ev sahibi olmağımız üçün heç bir şərait yoxdur. Biz gecəqondularda böyük çətinliklərlə üz-üzəyik. Mən hər kəsdən acizanə xahiş edirəm ki, bizim kimi icmalara kömək edin. Biz gecəqondularda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün addımlar atmalıyıq".
Oxşar xəbərlər
Ermənistanda Paşinyana qarşı hədə videosu ilə əlaqədar cinayət işi açılıb
Nqa Kor Minq: Bakıda keçirilən WUF13-ün yekunlarına əsasən konkret fəaliyyət planı hazırlanmalıdır
Conatan Riki: Mənzil - üzərində imkanların qurulduğu fundamental hüquqdur
Quterreş: WUF13 dünyada mənzil problemlərinin həlli üçün katalizator ola bilər
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
