Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
sizinxeber.az xəbər saytı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb


Gəndov-Yalama yolunun Qımıl kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü - Xaçmaz şəhər sakini Səfər Ağayev təhlükəsizlik kəmərini bağlamadığına üçün YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, avtomobilində narkotik vasitə də aşkar olunduğuna görə barəsində qanunamüvafiq tədbirlər görülməklə S.Ağayev ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Oxşar xəbərlər

Yeddi min manata yaxın cəriməsi olan sürücü həbs olunub
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Kirayələdiyi maşınla narkotik daşıyan sürücü saxlanılıb
Narkotikin təsiri altında motosiklet sürən şəxs saxlanılıb - VİDEO
Narkotikə görə saxlanılan maşında 1,3 kq qızıl tapılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər