İran yeni mətnini Pakistan vasitəsilə təqdim edib
sizinxeber.az xəbər saytı

İran yeni mətnini Pakistan vasitəsilə təqdim edib



İran yeni 14 maddəlik mətnini Pakistan vasitəsilə təqdim edib.

Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, “Tasnim” agentliyi yazıb ki, İran yeni mətnini Pakistan vasitəsilə ötürüb və vasitəçi tərəf bunu ABŞ-a çatdıracaq.

Məlumata əsasən, ABŞ son vaxtlar İranın əvvəlki 14 maddəlik mətninə cavab olaraq öz sənədini göndərmişdi. İran da son dönəmlərdə aparılan mesaj mübadiləsi çərçivəsində öz mətnini yenidən redaktə edərək 14 maddə şəklində Pakistan vasitəsilə təqdim edib.

“Tasnim” əlavə edib ki, İranın yeni mətni müharibənin dayandırılması ilə bağlı danışıqlar və ABŞ tərəfinin etimad tədbirləri üzərində cəmlənib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi mətbuat konfransında Tehran və Vaşinqton arasında danışıqların Pakistan vasitəçisi ilə davam etdiyini və İranın hazırda müharibəyə son qoyulmasına fokuslandığını bildirib.

Oxşar xəbərlər

İran XİN: Pakistan nümayəndə heyəti bu gün Tehrana gəlir
ABŞ İranın təklifinə Pakistan vasitəsilə cavab göndərib
KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq
İran Trampın məktubuna cavab göndərib
İran XİN rəhbəri Hindistana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər