WSJ: Tramp administrasiyası 250 nəfərin əfv edilməsi imkanını araşdırır
sizinxeber.az xəbər saytı

WSJ: Tramp administrasiyası 250 nəfərin əfv edilməsi imkanını araşdırır


ABŞ administrasiyası Prezident Donald Tramp tərəfindən 250 nəfərin əfv edilməsi imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, belə bir addım Birləşmiş Ştatların qurulmasının 250 illiyinə həsr oluna bilər.

Qeyd olunur ki, müvafiq plan üzərində iş hələlik ilkin mərhələdədir. Əfvlər barədə elan 4 iyul - ABŞ-nin Müstəqillik Günündə, yaxud 14 iyun - Amerika Prezidentinin ad günü ilə üst-üstə düşən Bayraq Günündə verilə bilər.

Qəzetin yazdığına görə, bu məsələ üzrə yekun qərar Trampın ixtiyarındadır.

Nəşr həmçinin qeyd edir ki, Ağ Ev nümayəndələrinin bir hissəsi bu təşəbbüslə bağlı narahatlıq ifadə edir, çünki Trampın əfv siyasəti artıq həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqidə məruz qalıb.

WSJ-nin məlumatına görə, Tramp özünün ikinci prezidentlik müddətində artıq 1 600-ə yaxın əfv imzalayıb ki, bu da ABŞ prezidentləri arasında rekord göstəricidir.

Oxşar xəbərlər

Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir
WSJ: ABŞ Çin ilə bağlı gömrük rüsumlarını azalda bilər
Tramp administrasiyada kütləvi əfvləri istisna etməyib
KİV: Tramp 2037-ci ilə qədər prezident olaraq qala bilər
Tramp administrasiyası Milli Qvardiyanın yüzlərlə hərbçisini Vaşinqtona göndərə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər