Rusiya kəşfiyyatı: ABŞ Ermənistanı tamamilə özünə tabe etdirməyə çalışır
sizinxeber.az xəbər saytı

Rusiya kəşfiyyatı: ABŞ Ermənistanı tamamilə özünə tabe etdirməyə çalışır


ABŞ Ermənistanı tamamilə özünə tabe etdirmək məqsədi güdür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu açıqlama yayıb.

“Etibarlı məlumatlar bir daha inandırır ki, Birləşmiş Ştatlar qondarma demokratikləşməni tətbiq etmək planlarından əl çəkmir, Ermənistanı tamamilə tabe etmək məqsədi güdür.

Lakin digər ölkələrdə və regionlarda oxşar təcrübələr bu planların dağıdıcı olduğunu göstərib. Yaxın Şərqdə, Latın Amerikasında və Afrikada bunun çoxlu nümunələri var.

Ən çox diqqət çəkən isə Ukraynanın hazırkı vəziyyətidir.

Amerikalılar İrəvanın qondarma demokratik yoldan çıxmasının qarşısını necə almağı düşünürlər. Onlar çıxış yolunu öz sübut olunmuş əlaltıları ilə Ermənistanda fəaliyyət göstərən “layiqincə etibarlı” olmayan hakimiyyət vertikalını “gücləndirməkdə” görürlər. ABŞ-dəki qlobalist demokratikləşmə dairələrində bunlar Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası” və Levon Şirinyanın "Xristian-Demokrat Partiyası” partiyaları hesab olunur.

Qərbyönümlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmalarını təmin etmək üçün onların siyasi “raskrutkası” artıq başlayıb”, - RF Xarici Kəşfiyyat Xidmətindən bildirilib.

Oxşar xəbərlər

Rusiya XİN: KTMT-nin Ermənistanı müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayılır
Rusiya XİN: Moldovanın rumınlaşdırılması prosesi gedir
Kreml Putinin Trampı təbrik etmək planlarından xəbərsizdir
Rusiya kəşfiyyatı: ABŞ Zelenskini Avakovla əvəz etmək istəyir
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər