Rusiya DİN başçısının müavini MDB ölkələrinin Moskvadakı səfirləri ilə miqrant məsələsini müzakirə edib
Oktyabrın 16-da Rusiya Xarici İşlər Nazirliyində Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoy ilə MDB-yə üzv dövlətlərin Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri arasında görüş keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüş barədə məlumatı Rusiya XİN yayıb.
Tədbiri giriş sözü ilə açan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin MDB çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi miqrasiya məsələlərinin əhəmiyyətini qeyd edib.
O, Rusiya Federasiyasında təhlükəsizliyin və asayişin təmin edilməsi maraqlarını qeyd-şərtsiz nəzərə alaraq, bu sahədə tərəfdaşlarla qarşılıqlı əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
A.Qorovoy və Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi V. Kazakova Rusiya miqrasiya qanunvericiliyindəki son dəyişikliklər və
xarici vətəndaşların qalmasına nəzarətin
səmərəliliyini artırılmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
Rusiyada işləməyi planlaşdıran əcnəbilər üçün ilk növbədə qanunvericilik bilikləri və rus dilini bilmələri baxımından yola düşmədən əvvəl düzgün təlimlərin keçirilməsinin zəruriliyi vurğulanıb.
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi qeyd olunub.
Rusiya DİN rəsmiləri həmçinin səfirlərin və diplomatik missiyaların nümayəndələrinin suallarını cavablandırıblar.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Nyu-Yorkda görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mixail Qaluzin və Mehmet Kamal Bozay arasında məsləhətləşmələr aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Türkiyə diplomatları Ermənistanla münasibətlərin normallaşmasını müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












