İnquşetiyada seriya terror aktlarının qarşısı alınıb
İnquşetiyada təhlükəsizlik qüvvələri seriya terror cinayətlərinin qarşısını alıb.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimiayyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, cinayətləri respublikanın Maqas və Nəzran şəhərlərinin səkkiz sakini hazırlayıb. Onlar enerji infrastrukturu obyektlərində təxribat törətmək və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etmək niyyətində olublar.
“Cinayətkar dəstə üzvlərindən biri silahlı müqavimət göstərib və həyatla bir araya sığmayan bədən xəsarətləri alıb, qalanları isə həbs edilib”, deyə məlumatda qeyd olunub.
Saxlanılan şəxslərin yaşayış yerində, gizləndiyi yerlərdə və anbarlarda təhlükəsizlik qüvvələri təxminən 10 kiloqram trotil tutumu olan əldəqayırma bomba, qumbaraatan, beş pulemyot, doqquz tapança, 11 qumbara, 500 patron, həmçinin elektron saxlama vasitələri tapıblar. Onların telefonlarında döyüş əməliyyatlarının aparılmasına dair təlimatlar və partlayıcı və yandırıcı qurğuların yığılması ilə bağlı təlimatlar da tapılıb.
Faktla bağlı FTX-nın İnquşetiya üzrə istintaq şöbəsində “Diversiyaya hazırlıq”, “Odlu silahların qanunsuz dövriyyəsi” və “Partlayıcı qurğuların qanunsuz istehsalı” maddələri ilə cinayət işi açılıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Rusiyada pravoslav kilsəsinə və təhlükəsizlik qüvvələrinə hücumların qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya FTX terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda 33 şübhəli terrorçu həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraqın qərbində 15 İŞİD yaraqlısı öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












