Çexiya gələn il Rusiya neftindən asılı olmaqdan qurtulacaq
Çexiya 2025-ci ilin yazında Rusiya Federasiyasından neft tədarükündən asılılıqdan qurtulacaq.
“Sizinxeber.az-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Petr Fiala bildirib.
"2022-ci ildə biz Rusiya qazından asılılığımızdan qurtulmuşuq və gələn ilin yazında Rusiya neftindən eyni müstəqilliyə nail olacağıq", - baş nazir qeyd edib.
Onun sözlərinə görə, bu, TAL Trans-Alp neft kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsindən sonra baş verəcək.
Onu da qeyd etmək lazımdır ki, Çexiya bizim ölkədən də neft tədarük edir və Azərbaycanın neft ixracında üçüncü yerdə qərarlaşıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycan Çexiyaya 597 150,36 mln. ABŞ dolları dəyərində 941 737,86 ton neft ixrac edib.
Oxşar xəbərlər
Azərbaycan bu il 230 mln. dollarlıq neft məhsulları ixrac edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












