Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə girməsi anlamına gələcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Estoniyanın xarici işlər naziri Marqus Tsakxının Rusiya ilə sülh sazişini möhkəmləndirmək üçün Avropa ölkələrinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, NATO-da bunu anlamırlar.
“Başa düşmürəm, bəlkə də onlar anlamırlar ki, NATO kontingentinin Ukrayna ərazisində peyda olması alyansın ölkəmizə qarşı müharibəyə girməsi anlamına gələcək. Biz bu barədə onlara dəfələrlə demişik. Axı bu, təkcə Avropa üçün deyil, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova NATO-nun yeni baş katibini etibarlı rusofob adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova NATO-nun Cənubi Qafqazdakı fəallığından danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Ukraynanın Kurska hücumu Qərbin tam dəstəyi ilə həyata keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Moldovanın rumınlaşdırılması prosesi gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












