"Ural Hava Yolları"na məxsus təyyarə həyəcan siqnalı verib, Həştərxana təcili eniş edib - YENİLƏNİB-1
“Ural Hava Yolları” təyyarəsinin Həştərxana təcili enişinə baqaj bölməsində tüstülənmə səbəb olub.
Sizinxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, uçuş zamanı stüardessa heyəti təyyarənin hündürlüyünü azaldacağını elan edib, daha sonra pilot texniki səbəblə Həştərxan şəhərinə enəcəklərini bildirib.
Təyyarə yerə endikdən sonra uçuş-enmə zolağında operativ xidmətlər tərəfindən qarşılanıb.
Aviaşirkətin məlumatına əsasən, sərnişinlər yaxın saatlarda Soçiyə ehtiyat təyyarə ilə göndəriləcək.
12:07
“Ural Hava Yolları”na məxsus Airbus A321 tipli sərnişin təyyarəsi Moskva–Soçi reysi üzrə uçuş zamanı Həştərxan şəhərindəki ehtiyat hava limanına təcili eniş edib.
Sizinxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Aviaşirkətin yaydığı rəsmi məlumata görə, uçuş zamanı bort sistemlərindən biri təhlükəsizliklə bağlı siqnal verib və bu, uçuşun davam etdirilməsinə imkan verməyib.
Nəticədə ekipaj ehtiyat tədbiri olaraq kursu dəyişərək Həştərxana enmək qərarına gəlib.
Təyyarə uğurla yerə enib, sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
***
11:59
"Ural Hava Yolları"na məxsus təyyarə göydə təcili vəziyyət siqnalı verib.
Sizinxeber.az xəbər verir ki, “Ural Hava Yolları”na məxsus Airbus A321 tipli sərnişin təyyarəsi Moskva–Soçi reysini yerinə yetirərkən təcili vəziyyət siqnalı – 7700 kodu ötürüb.
Bu kod təyyarədə ciddi hadisənin baş verdiyini göstərir.
“Flightradar” xidməti vasitəsilə əldə olunan ilkin məlumatlara görə, təyyarə təxminən 10 000 metr yüksəklikdə olduqda sürəti 280 km/saat olub ki, bu da normadan xeyli aşağıdır. Bununla belə, bəzən xidmətin təqdim etdiyi texniki göstəricilərdə qeyri-dəqiqlik müşahidə oluna bilər.


width="220" alt=""Ural Hava Yolları"na məxsus təyyarə göydə təcili vəziyyət siqnalı verib" />
width="220" alt="Bakıda duman səbəbilə bir neçə təyyarə ehtiyat hava limanına yönləndirilib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />