Kamçatkada 8,7 bal gücündə zəlzələ sunamiyə səbəb olub - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, baş verən güclü zəlzələ sunamiyə səbəb olub.
Dalğaların hündürlüyünün 3 metrə qədər ola biləcəyi barədə xəbərdarlıq Sakit okeanın şimal hissəsində yerləşən bütün sahilyanı ərazilərə, o cümlədən Kaliforniyaya qədər göndərilib.
İlkin məlumatlara əsasən, insan tələfatı yoxdur.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.
***
Kamçatka bölgəsində 7,1 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 149 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib. İlkin məlumatlara əsasən, zəlzələ şəhərdə 6 bal gücündə hiss olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsi sonradan təkanların gücünü 7–8 bal arasında qiymətləndirib.
Oxşar xəbərlər
Kamçatkada 7,1 bal gücündə zəlzələ baş verib
Rusiyada daha bir zəlzələ baş verib - YENİLƏNİB
Rusiyada 7 bal gücündə zəlzələ baş verib
Rusiyada 6,1 bal gücündə zəlzələ olub
Rusiyada 5,6 maqnitudalı zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
