Britaniya İsrailin iki nazirinə qarşı sanksiya tətbiq edib
Böyük Britaniya İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə məhdudiyyətlər tətbiq edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Britaniya hökumətinin saytındakı yenilənmiş “qara siyahı”dan görmək olar.
Rəsmi London hesab edir ki, Smotriç və Ben-Qvir İordan çayının qərb sahilində fələstinlilərə qarşı törədilən təcavüz və zorakılıq aktları da daxil olmaqla, insanların qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq hüququnun ciddi şəkildə pozulmasını təşkil edən fəaliyyətlə məşğul olduqlarına, ona təhrik etdiklərinə, onu təşviq etdiklərinə və onu dəstəklədiklərinə görə məsuliyyət daşıyırlar.
Böyük Britaniya Xarici İşlər Nazirliyi Avstraliya, Kanada, Yeni Zelandiya və Norveçin də Smotriç və Ben-Qvirə qarşı sanksiya və digər tədbirləri elan etdiyini bildirib.
Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və hesabların dondurulması daxildir.
Oxşar xəbərlər
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər
Böyük Britaniya “Evil Corp” qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib
Britaniya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib
Böyük Britaniya 22 Rusiya tankerinə qarşı sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
