Qəzzanın cənubunda hava hücumları nəticəsində 13 fələstinli həlak olub
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə aviazərbələr endirməsi nəticəsində azı 13 fələstinli ölüb, daha onlarla yaralı var.
"Sizinxeber.az"un WAFA-ya istinadən verdiyi xəbərə görə, mərmilər köçkün ailələrinin sığındığı çadıra da düşüb.
Xan Yunisin bölgələrinə, o cümlədən Batn əs-Səminə endirilən zərbələrdə İsrailə məxsus pilotsuz təyyarələrdən də istifadə edildiyi vurğulanır.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, kütləvi zərbələr endirib. Baş nazir Benyamin Netanyahunun Dəftərxanası bunu Fələstinin radikal HƏMAS hərəkatının vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqlar zamanı irəli sürdüyü təkliflərdən imtinası ilə izah edib və əməliyyatın məqsədinin anklavda saxlanılan bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni təqsirləndiriblər.
Oxşar xəbərlər
ABŞ Qəzza sakinlərinə ərzaq yardımı etmək niyyətindədir
KİV: Qəzzada bugünkü zərbələr nəticəsində 40-dan çox insan həlak olub
KİV: Qəzzanın şimalındakı Cəbəliyə qəsəbəsinə hücum zamanı 30-a yaxın fələstinli ölüb
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













