İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb
İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox fələstinli uşaq həlak olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı BMT-nin Uşaq Fonduna (UNICEF) istinadən məlumat yayıb.
UNICEF-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını yenidən başlamasından bəri azı 322 uşaq öldürülüb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub. Bununla da bu ilin yanvarında qüvvəyə minmiş atəşkəs rejimini pozub. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib.
Oxşar xəbərlər
Atəşkəsdən sonra Qəzzada 21-i uşaq olmaqla 87 fələstinli öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu şərqdən buraxılmış PUA-nı ələ keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Al Jazeera: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzza sektorunda daimi atəşkəs üçün əsas şərtini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













