Tramp: Maskın şirkətləri ilə hökumət müqavilələrinin auditi aparılacaq
ABŞ hakimiyyəti sahibkar İlon Maska məxsus şirkətlərlə bağlanmış dövlət müqavilələrinin qiymətləndirilməsini həyata keçirəcək.
"Sizinxeber.az"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin bu müqavilələrin icrasını ləğv etməyə hazır olması ilə bağlı sualını cavablandırarkən deyib.
"Biz hər şeyi araşdıracağıq. Söhbət böyük subsidiyalardan gedir", - Tramp vurğulayıb.
Daha əvvəl bildirilib ki, ABŞ-nin Prezident Administrasiyası İlon Maskı dövlət sirlərinə girişdən məhrum edə bilər. Maskın məxfi məlumatlara çıxışı “Space X”in fəaliyyəti və NASA ilə əməkdaşlığı üçün zəruridir. Ağ Ev Maskın şirkətləri ilə bağlanmış dövlət müqavilələrinin icrasını da ləğv edə bilər. Onlar 2024-cü ildə onlar 17 dövlət qurumu ilə 100 müqavilə əsasında təxminən 3 milyard dollar alıblar.
Oxşar xəbərlər
Tramp Maskın dövlət qulluğundan gedəcəyini elan edib
Fransa XİN başçısı: Tramp ilə Maskın yola getməyəcəyi bəlli idi
Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib
KİV: İlon Maskın komandası USAID-in məxfi sənədlərinə çıxış əldə edib
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













