KİV: İlon Maskın komandası USAID-in məxfi sənədlərinə çıxış əldə edib
İş adamı İlon Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) USAID-in məxfi sənədlərinə çıxış əldə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
"Maskın köməkçilərindən ibarət kiçik qrup Ronald Reyqan binasına gələrək agentliyin ofislərinə, o cümlədən məxfi məlumatların saxlanıldığı otağa girişin təmin edilməsini tələb edib", - mənbə bildirib.
Agentliyin ofisinə gəldikdən sonra qrupla binanın mühafizəçiləri arasında münaqişə yaranıb, onlar məxfi sənədlərin saxlanıldığı otağa girişə icazə vermək istəməyiblər. Qrup binanın bir neçə mərtəbəsini gəzərək bəzi kabinetləri yoxlaya bilib. Agentliyin məlumatına görə, gənclərdən biri Maska zəng edib və o, köməkçilərinin məxfi sənədlərə çıxış əldə etməyəcəyi halda binanın təhlükəsizlik işçilərini ABŞ marşal xidmətini cəlb etməklə hədələyib.
Nəticədə departament əməkdaşları "axtardıqları bəzi şeylərə" çıxış əldə ediblər.
Oxşar xəbərlər
USAID-in Vaşinqtondakı baş qərargahı bağlanıb
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
İlon Mask hər il mühafizəsi üçün milyonlarla dollar xərcləyir
Mask USAID-in ləğv prosesinin başlandığını bildirib
ABŞ-də Bayden və Harrisə qarşı sui-qəsd cəhdləri ilə bağlı Maskın paylaşımı araşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













