Bill Geytsin sərvətinin əsas hissəsi Afrikaya çatacaq
“Microsoft” şirkətinin təsisçisi Bill Geytsin sərvətinin ən böyük hissəsi Afrikaya çatacaq.
“Sizinxeber.az” “News 24” portalına istinadən xəbər verir ki, bunu o, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının qərargahında çıxışı zamanı elan edib.
“Bu yaxınlarda mən vəd etdim ki, mənim sərvətim növbəti 20 il ərzində ötürüləcək. Bu maliyyələşdirmənin əsas hissəsi burada, Afrikada problemlərin həllində sizə kömək etmək üçün xərclənəcək”, – Geyts bildirib və əlavə edib ki, pullar Bill və Melinda Geyts Fondu vasitəsilə daxil olacaq.
Yazda o, 2045-ci ilədək bu fondun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəldəcəyini açıqlamışdı.
Hazırda Bill Geyts planetin ən varlı insanlarının siyahısında beşinci yeri tutur. Onun şəxsi sərvəti 175 milyard dollara çatır.
Oxşar xəbərlər
Bill Qeyts bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcək
İlon Mask dünyanın ən varlı insanlarının reytinqinə başçılıq edir
Bill Klinton xəstəxanadan buraxılıb
Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına rekord 64 milyard dollar qazandırıb
İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













