Bill Qeyts bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcək
sizinxeber.az xəbər saytı

Bill Qeyts bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcək


Transmilli “Microsoft” korporasiyasının yaradıcılarından biri Bill Qeyts 20 il ərzində bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcəyini açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə bloqunda yazıb.

"Pulumu cəmiyyətə əvvəlcə planlaşdırdığımdan daha tez qaytarmaq qərarına gəldim. Növbəti 20 il ərzində bütün sərvətimi Qeyts Fondu vasitəsilə bütün dünyadakı insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün xəsrcələyəcəyəm", -o qeyd edib.

“Öləndə haqqımda çox şeylər deyiləcək, amma qərara gəldim ki, insanların deyəcəyi sözlərdən biri “O, varlı öldü” olmamalıdır", - o əlavə edib. Oktyabrda 70 yaşı tamam olacaq Qeyts yazıb ki, başqalarına kömək edə biləcək resursları saxlaya bilmək üçün təcili diqqətə ehtiyacı olan çoxlu problemlər var.

Qeyts Fondu 2045-ci il dekabrın 31-də bağlanacaq. Fond bu müddət ərzində 200 milyard dollardan çox vəsait xərcləməlidir.

Yanvar ayında Qeyts “Microsoft”un mobil əməliyyat sistemi bazarına çıxmamasını özünün "ən böyük səhvi" adlandırıb. Bu, onun korporasiyasına 400 milyard dollara başa gəlib.

Oxşar xəbərlər

İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir
İlon Mask dünyanın ən varlı insanlarının reytinqinə başçılıq edir
Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına rekord 64 milyard dollar qazandırıb
Bəzi dövlətlər tropik xəstəliklərlə mübarizəyə 777 milyon dollar ayırmağı vəd edib
Bill Gates, Elon Musk, Mark Zuckerberg və digər İT nəhənglərinin rəhbərləri Vaşinqtonda görüşdülər: Onlar nəyi müzakirə etdilər?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər