Ukrayna NATO-nun Haaqa sammitinə dəvət alıb
sizinxeber.az xəbər saytı

Ukrayna NATO-nun Haaqa sammitinə dəvət alıb


Ukrayna NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitinə dəvət alıb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Pezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.

"Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu, vacibdir", - o əlavə edib.

Dövlət başçısı Ukraynanın alyansın sammitində konkret olaraq necə təmsil olunacağını açıqlamayıb. Lakin bildirib ki, xarici işlər naziri Andrey Sibiqa həmkarları ilə görüşlər keçirəcək.

Bundan əvvəl məlum olub ki, ABŞ Prezidenti Donald Trampa görə NATO Haaqa sammiti üçün mini-bəyannamə hazırlayır.

KİV onu da yazıb ki, ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır. Lakin ABŞ dövlət katibi Marko Rubio bu məlumatı təkzib edib.

Oxşar xəbərlər

ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
NATO Yaponiya, Cənubi Koreya və Avstraliya liderlərini iyun sammitinə dəvət edəcək
Marko Rubio: ABŞ NATO-da qalacaq
NATO-nun Baş katibi və Britaniyanın Baş naziri Aİ-nin fövqəladə sammitinə dəvət olunub
Rutte: Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle