sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zelenski: Ukrayna lazımi silahların 40 faizini özü istehsal edə bilər
Ukrayna silaha olan ehtiyaclarının 40 faizə qədərini daxili istehsal hesabına təmin edə bilər.
“Sizinxeber.az” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Ukrayna silaha olan ehtiyaclarının 40 faizə qədərini daxili istehsal hesabına qarşılaya bilər, lakin bunun üçün sabit maliyyələşdirmə lazımdır. Əməliyyatlarımız göstərir ki, xüsusilə dronlara qoyulan investisiyalar özünü necə doğruldur. Biz hələ də təcili olaraq hava hücumundan müdafiə vasitələrinə, xüsusilə “Patriot” sistemlərinə və raketlərə ehtiyac duyuruq", - V.Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində bildirib.
Oxşar xəbərlər
Zelenski: Ukrayna və Almaniya silahların birgə istehsalı üzrə yeni razılaşmalara malikdir
Zelenski Litvaya gedib
Ukrayna HHM sistemlərinin istehsalı üçün Qərbdən lisenziyalar alacaq
Zelenski: ABŞ-dən 10 “Patriot” sistemini 15 milyard dollara almağa hazırıq
Zelenski: Ukraynanın 10 “Patriot” HHM sistemnə ehtiyacı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













