Zelenski: Ukraynanın 10 “Patriot” HHM sistemnə ehtiyacı var
sizinxeber.az xəbər saytı

Zelenski: Ukraynanın 10 “Patriot” HHM sistemnə ehtiyacı var


Ukraynanın 10 ədəd “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminə ehtiyacı var.

“Sizinxeber.az” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsi üzrə təmas qrupunun (“Ramştayn” formatı) 27-ci iclasının iştirakçılarına müraciətində bildirib.

“Bu gün sizinlə Krivoy Roqdan danışıram. Bu şəhər demək olar daimi hava hücumu həyəcanı siqnalı ilə yaşayır - pilotsuz uçuş aparatları və ya Rusiya raketlərinə görə. Ən təhlükəli təhdid ballistik raketlərdir... Bizim insanlarımız, uşaqlarımız bir çox şəhərlərdə və kəndlərdə hücuma məruz qalır. Dnepr, Krivoy Roq, Nikopol, Poltava, Nikolayev, Zaporojye, Sumı, Xarkov, Odessa, Çerniqov və bir çox başqa şəhərlər. Onların hamısının Rusiya raketlərindən müdafiə olunmağa ehtiyacları var. Bilirsiniz ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı çatışmazlığı var. Və bilirsiniz ki, “Patriot” sistemi ballistic təhdiddən effektiv qorunma təmin edə bilər”, - o deyib.

Dünya liderlərinə müraciət edən Zelenski vurğulayıb ki, Ukrayna müxtəlif şəhərlərə ən azı müvəqqəti mühafizə təmin etmək üçün mövcud sistemləri ölkə daxilində hərəkət etdirməyə, daşımağa məcburdur.

O, liderlərdən ilk növbədə Ukraynanın hava hücumundan müdafiəsinə diqqət yetirməyi xahiş edib.

"On “Patriot” sistemi - azad dünyada bunlar var. İndi onların sülhün xeyrinə işlədilməsi üçün siyasi qərarlar lazımdır. Bizə nəticə lazımdır”, - dövlət başçısı vurğulayıb.

Prezident həmçinin xatırladıb ki, bu gün Rusiyanın ABŞ-nin tam və qeyd-şərtsiz atəşkəs təklifini rədd etməsindən düz bir ay keçir və müharibənin yeganə səbəbkarının Rusiya Federasiyası olduğu tamamilə aydındır.

Oxşar xəbərlər

Rumıniya Ukraynaya “Patriot” verir
Ukraynanı qışda bir neçə “Patriot” sistemi qoruyacaq
Zelenski: Rusiyanın Krivoy Roqa zərbəsi beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamalıdır
Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək
Zelenski: Ukrayna ABŞ-dən 50 milyard dollarlıq silah almaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle