Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib
Rusiya və Ukrayna daha əvvəl İstanbulda əldə olunan razılaşmalar çərçivəsində mayın 24-də yeni əsir mübadiləsi həyata keçirib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 16-da İstanbulda əldə olunan Rusiya-Ukrayna razılaşmalarına əsasən, Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbi qulluqçunu qarşı tərəfə verib”, - qurumdan bildirilib.
“Genişmiqyaslı mübadilə davam etdiriləcək”, - nazirlikdən qeyd edilib.
Xatırladaq ki, dünən Rusiya və Ukrayna hərbi əsirlərin və mülki şəxslərin mübadiləsini aparıb. 270 rusiyalı hərbçi və 120 mülki şəxs Ukrayna əsirliyindən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri və 120 mülki şəxs Ukrayna tərəfinə təhvil verilib.
“1000-ə 1000” formatında mübadilə haqqında razılaşma ötən həftə İstanbulda baş tutmuş son üç ildə ilk birbaşa Rusiya-Ukrayna danışıqları zamanı əldə olunub.
Oxşar xəbərlər
Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Ukrayna 246 hərbi əsiri mübadilə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Rusiya ilə Ukrayna arasında aparılan əsir mübadiləsini alqışlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












