Rumıniyanın yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar mayın 27-də başlayacaq
sizinxeber.az xəbər saytı

Rumıniyanın yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar mayın 27-də başlayacaq


Rumıniyanın yeni seçilmiş Prezidenti Nikuşor Dan mayın 27-də yeni hökumətin formalaşdırılması üçün parlamentdəki siyasi partiyalarla danışıqlara başlamağı planlaşdırır.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Dan bildirib ki, baş nazir postuna namizədi hazırkı Baş nazir səlahiyyətlərini icra edən İliye Bolojan olaraq qalır.

Onun fikrincə, hökumətin sabitliyi həm də iqtisadi məsələdir.

“Sabitlik nümayiş etdirirsənsə, Rumıniyanın götürdüyü kreditlər üzrə faiz dərəcələri aşağı olacaq, investorlar Rumıniyaya gəlməyə daha həvəsli olacaqlar, çünki onlar azlıq hökümətinin 4-8 ay ərzində gedə biləcəyindən qorxmayacaqlar. Ona görə də hesab edirəm ki, parlamentdə çoxluq təşkil edən hökumət əldə etmək vacibdir”, - o deyib.

Yeni seçilmiş prezident həmçinin mayın 25-də Polşaya səfər edəcəyini, bu ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində iqtidardakı “Vətəndaş koalisiyası”nın namizədi, Varşava meri Rafal Tşaskovskiyə dəstək məqsədilə keçiriləcək seçkiqabağı mitinqdə iştirak edəcəyini açıqlayıb.

Oxşar xəbərlər

Rumıniyanın Konstitusiya Məhkəməsi Nikuşor Danı prezident seçkilərinin qalibi elan edib
KİV: Rumıniyanın Baş naziri istefasını elan edə bilər
Marsel Çolaku Rumıniyanın Baş naziri vəzifəsindən istefa verib
Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçilib - YENİLƏNİB
İrakli Kobaxidze: On iki nazir təyin olunub, yeni hökumət formalaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər