Rumıniyanın Konstitusiya Məhkəməsi Nikuşor Danı prezident seçkilərinin qalibi elan edib
sizinxeber.az xəbər saytı

Rumıniyanın Konstitusiya Məhkəməsi Nikuşor Danı prezident seçkilərinin qalibi elan edib


Rumıniyanın Konstitusiya Məhkəməsi (KM) mayın 22-də Nikuşor Danın ölkə prezidenti seçkilərində qələbəsini rəsmən təsdiqləyib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə məhkəmənin sədri Mariana Enake EFE agentliyinə bildirib.

"Konstitusiya Məhkəməsinin hakimləri yekdilliklə Nikuşor Danı seçkilərin qalibi kimi təsdiqləyiblər", - o qeyd edib.

Xatırladaq ki, mayın 18-də Rumıniyada keçirilmiş prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan 53,6 faiz səslə qalib gəlib. Onun əsas rəqibi Corce Simion 46,4 faiz səs toplayıb.

Nikuşor Danın mayın 26-da and içəcəyi gözlənilir.

Oxşar xəbərlər

Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib
Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçilib - YENİLƏNİB
Rumıniyanın Ali Məhkəməsi prezident seçkilərinin ləğvi ilə bağlı müraciəti rədd edib
“Exit-poll”: Rumıniyada prezident seçkilərinin ikinci turunda Nikuşor Dan qalib gəlib
Rumıniyada keçirilən prezident seçkilərində Nikuşor Dan qalib gəlib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər