Polşada prezident seçkilərində seçici fəallığı 50 %-i ötüb
Polşada yerli vaxtla saat 17:00-a (Bakı vaxtı ilə saat 19:00 - red.) olan məlumata görə, səsvermə hüququ olan seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib.
"Sizinxeber.az"un "TVP İnfo" telekanalının saytına istinadən verdiyi məlumata görə, bunu respublikanın Dövlət Seçki Komissiyasının sədri Silvester Marçinyak deyib.
“Bildirirəm ki, Polşa Respublikası prezidenti seçkilərində bu il mayın 18-də saat 17:00-a səsvermə hüququ olan 14 milyon 405 min 533 nəfərə seçki bülletenləri verilib ki, bu da seçicilərin ümumi sayının 50,69 faizini təşkil edir”, - o, mətbuat konfransında deyib.
Məmurun sözlərinə görə, bu, 2020-ci ildə keçirilən son prezident seçkilərində səsvermənin bitməsinə 4 saat qalmış seçicilərin 47,89 %-nin səs verdiyindən daha yüksəkdir.
Qeyd olunur ki, ən yüksək seçici fəallığı Varşavada və paytaxtın Mazovetski voyevodluğunda qeydə alınıb. Marçinyak vurğulayıb ki, indiki seçkilər zamanı insidentlərin həcmi 2020-ci ilin rəqəmləri ilə müqayisə oluna bilər və qanun pozuntularında ciddi artım müşahidə olunmayıb.
Polşada dövlət başçısı postuna 13 namizəd mübarizə aparır. Sorğulara görə, onların heç biri birinci turda (50%+1) qalib gəlmək üçün seçicilərin mütləq əksəriyyətinin dəstəyini ala bilməyəcək.
Oxşar xəbərlər
Rusiyada prezident seçkilərində seçici fəallığı 55 faizi ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya prezident seçkilərində seçici fəallığı 36,09 % təşkil edib - YENİLƏNİR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovada prezident seçkiləri və referendumda səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saat 10:00-a olan seçici fəallığı: Ortalama seçici fəallığı 8,38 faiz olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












