ABŞ-də atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində idman zalında baş verən atışmada hücum edən şəxs də daxil olmaqla azı iki nəfər ölüb, daha üç nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Associated Press” agentliyi məlumat yayıb.
Las-Veqas polisinin kapitanı Esmeralda Boveda bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək, idman zalının qapısında odlu silahla dayanmış bir kişini aşkarlayıblar. Atıcı binadan qaçıb, polis əməkdaşları ona atəş açıb, sonra isə onu saxlayıblar.
"Tibb işçiləri gəlib və şübhəli şəxsi xəstəxanaya aparıblar, o, sonra orada ölüb. Atışma zamanı ölən şəxsin meyiti də hadisə yerində, binanın içərisində tapılıb. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır", - Boveda bildirib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Oxşar xəbərlər
ABŞ-də supermarketdə atəş açılıb, ölənlər var
ABŞ-də ziyafətdə atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb
ABŞ-də atışma olub, ölən və xəsarət alanlar var
İstintaq Komitəsi: “Wildberries”in ofisində atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
