Aİ Ukraynada atəşkəsə nail olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
sizinxeber.az xəbər saytı

Aİ Ukraynada atəşkəsə nail olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək


Rusiyanın Ukraynada 30 günlük atəşkəsə razılıq verməməsi ilə əlaqədar ayrıca sanksiyalar paketinin qəbul edilməsi perspektivi qüvvədə qalır və müxtəlif variantlar nəzərdən keçirilir.

“Report”un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper brifinqdə bildirib.

"Rusiyaya təzyiqi artırmaq məqsədilə masada istənilən variantın olması üçün hər cür səy göstəririk. Biz şərtsiz atəşkəs tələb edirik, Ukraynaya dəstəyimiz sarsılmazdır", - o qeyd edib.

A.Hipper sanksiyalar üzərində işin məxfi xarakter daşıdığını deyib. O əlavə edib ki, Aİ Rusiyaya təzyiq göstərilməsi məsələsində amerikalı tərəfdaşlarla təmasdadır.

Oxşar xəbərlər

Reuters: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb
Aİ fevralın 24-dək Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək istəyir
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
“G7” ölkələri ABŞ-dan sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle