Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb
sizinxeber.az xəbər saytı

Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “EUObserver” portalı məlumat yayıb.

Avropa diplomatlarının məlumatına görə, yeni məhdudiyyətlər üzərində iş başlayıb, lakin çox erkən mərhələdədir. "Aİ-nin Xarici Siyasət Xidməti və Avropa Komissiyası bu məsələ üzərində işləyir, təkliflər yayın əvvəlində səsləndirilə bilər", - Aİ diplomatlarından biri bildirib.

Bununla yanaşı, digər diplomat Ukraynada münaqişənin həlli üçün beynəlxalq arenada səylərin intensivləşməsi ilə əlaqədar müddətlərlə bağlı şübhələrini ifadə edib. "Hazırda bu, həddindən artıq spekulyativ xarakter daşıyır. Rusiya və Ukrayna arasında danışıqların necə inkişaf edəcəyinə baxmalıyıq", - o qeyd edib.

Portalın məlumatına görə, Avropa bloku Macarıstanın mümkün vetosu fonunda yeni sanksiyalar paketinin razılaşdırılmasında çətinliklərlə üzləşə bilər. Budapeşt həmçinin Aİ-nin Rusiyaya qarşı qüvvədə olan iqtisadi sanksiyalarının müddətinin uzadılması prosesinə mane ola bilər.

Oxşar xəbərlər

Aİ fevralın 24-dək Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Aİ səfirləri noyabrın 27-də Rusiyaya qarşı 15-ci sanksiyalar paketini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Ukrayna ilə müharibənin növbəti ildönümünə qədər Rusiyaya qarşı sanksiyalar hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle