BMT Tripolidə gərginliyin artmasından narahatlığını ifadə edib
BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) şiddətli döyüşlərin getdiyi Tripolidə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edir.
“Report” xəbər verir ki, bu barədə UNSMIL-in sosial şəbəkə hesabında dərc edilmiş deyilir.
Missiya bütün tərəfləri dərhal döyüş əməliyyatlarını dayandırmağa və sakitliyi bərpa etməyə çağırıb, mülki şəxsləri qorumaq öhdəliyini xatırladıb.
“Mülki şəxslərə və mülki obyektlərə hücumlar hərbi cinayətlərə bərabər tutula bilər. UNSMIL vəziyyətin gərginliyinin azaldılması üçün ağsaqqalların və icma liderlərinin səylərini tam dəstəkləyir”, – Missiyanın bəyanatında bildirilir.
Xatırladaq ki, mayın 13-nə keçən gecə Tripolidə şiddətli silahlı toqquşmalar başlanıb.
Oxşar xəbərlər
Tripolidə silahlı toqquşmalar baş verir
Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
