Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib
Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
Bəyanatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib.
"Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - XİN-in bəyanatında qeyd olunub.
Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində 26 nəfər ölüb, 46 nəfər xəsarət alıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və Hindistanın beş qırıcısı vurulub.
Oxşar xəbərlər
Azərbaycan XİN Pakistana hərbi hücumları pisləyib, həmrəylik ifadə edib - BƏYANAT
KİV: Pakistanın cavabından şoka düşən Hindistan vasitəçilərlə gərginliyi azaltmağa çağırıb
Hindistan ordusu Kəşmirdə nəzarət xəttində ağ bayraq qaldırıb - FOTO
BMT-nin Baş katibi: Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz
Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Azercell və "Samsung"dan yeni kampaniya!
