Tramp Ukraynada atəşkəs əldə olunmayacağı təqdirdə sanksiyalarla hədələyib
sizinxeber.az xəbər saytı

Tramp Ukraynada atəşkəs əldə olunmayacağı təqdirdə sanksiyalarla hədələyib


Ukraynada 30 günlük atəşkəs əldə olunmasa, ABŞ administrasiyası və tərəfdaşları sanksiyalar tətbiq edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, Vaşinqton tərəfləri ilkin şərt olmadan 30 günlük atəşkəsə çağırır.

"Ümid edək ki, məqbul atəşkəs əldə olunacaq və hər iki ölkə bu birbaşa danışıqların toxunulmazlığını qoruduğuna görə cavabdehlik daşıyacaq. Atəşkəs əldə olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcək", - Tramp bildirib.

O, həmçinin Avropa ölkələri ilə birlikdə Rusiya və Ukrayna arasında sülhün təmin edilməsinə sadiq qaldığını vurğulayıb.

"Bu atəşkəs sonda sülh razılaşmasına gətirib çıxarmalıdır. Bütün bunları çox tez etmək olar və xidmətlərimə ehtiyac olarsa, mən hazır olacam", - ABŞ Prezidenti yekunlaşdırıb.

Oxşar xəbərlər

Energetika naziri: Razılaşma əldə olunmasa, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək
Tramp Rusiya və Ukraynanı dərhal danışıqlar masasına əyləşməyə çağırıb
Almaniya kansleri Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəkləyib
Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir
Ağ Ev: Tramp Ukraynada daimi atəşkəs istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle