Energetika naziri: Razılaşma əldə olunmasa, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək
sizinxeber.az xəbər saytı

Energetika naziri: Razılaşma əldə olunmasa, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək


İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmasa, ABŞ Tehrana, o cümlədən onun neft sektoruna qarşı daha sərt sanksiyalar tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt CNBC telekanalına müsahibəsində bildirib.

“Əlbəttə ki, mən İrana qarşı çox sərt sanksiyalar gözləyərdim və ümid edərdim ki, onlar onu nüvə proqramından əl çəkməyə məcbur edəcək”, – o, İranın nüvə proqramı ilə bağlı tərəflər arasında razılıq əldə olunmasa, Vaşinqtonun Tehrana qarşı daha sərt sanksiyalara gedib-getməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Raytın sözlərinə görə, ABŞ İranın nüvə silahına sahib olmasına icazə verə bilməz.

Xatırladaq ki, daha öncə İran Prezidenti Məsud Pezeşkian Tehranın amerikalı həmkarı Donald Trampa cavab məktubunda Vaşinqtonla nüvə proqramı ilə bağlı birbaşa danışıqlardan imtina etdiyini, danışıqlar üçün pəncərənin yalnız üçüncü ölkələrin vasitəçiliyi ilə açıq olduğunu bildirmişdi. Öz növbəsində, Tramp “NBC News” telekanalına müsahibəsində ABŞ və İran arasında razılıq olmayacağı təqdirdə, qarşı tərəfi buna qədər misli görünməmiş bombardmanlarla hədələyib.

Oxşar xəbərlər

ABŞ İranı daha sərt sanksiyalarla hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin daimi nümayəndəsi: İran təcavüzə cavab vermək hüququnu özündə saxlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər