Tramp Hindistan və Pakistana gərginliyin aradan qaldırılmasında kömək etməyə hazırdır
ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan rəhbərliyinə iki ölkə arasında hərbi güc tətbiqi ilə müşayiət olunan hazırkı gərginliyin aradan qaldırılmasında yardım göstərməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə jurnalistlərlə söhbətində bildirib.
“Onların dayanmasını istəyirəm. Ümid edirəm ki, indi onlar dayana bilərlər. Onlar “qana-qan” prinsipi ilə hərəkət ediblər və ümid edirəm ki, indi dayana bilərlər... Və əgər mən kömək etmək üçün nəsə edə bilərəmsə, mən orada olacağam”, – Tramp Nyu-Deli və İslamabad arasında münasibətlərin kəskin pisləşməsinə şərh verərkən söyləyib.
“Bu dəhşətlidir. Mən hər ikisi ilə yola gedirəm. Mən hər ikisini çox yaxşı tanıyıram və istəyirəm ki, onlar bunu həll etsinlər”, – Prezident əlavə edib.
Qeyd edək ki, mayın 6-da Hindistan Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti elan edib ki, Hindistan hücumları nəticəsində 6 mülki obyekt zərər görüb və 26 nəfər ölüb.
Oxşar xəbərlər
Tramp Hindistan və Pakistan arasındakı döyüşlərə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan – Hindistan sərhədində yenidən atışma baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: ABŞ münaqişəni həll etmək üçün Hindistan və Pakistanla əlaqə saxlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Hindistan-Pakistan münaqişəsinin tez bitəcəyinə ümid edirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












