Ağ ev BMT, UNESCO və ÜST-yə ianələrin dayandırılmasını təklif edir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerikanın BMT, UNESCO və ÜST-yə ayırdığı ianələri dayandırmağı təklif edir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mayın 2-də dərc etdiyi ABŞ-nin 2026-cı maliyyə ili (ölkədə oktyabrın 1-dən başlayır) üçün federal büdcə layihəsində qeyd olunur.
Sənəddə deyilir ki, Tramp administrasiyası BMT və digər beynəlxalq təşkilatlara könüllü ianələri dayandırmaqla xərcləri 1,7 milyard dollar azaltmağı təklif edir. Söhbət BMT, UNESCO və ÜST-dən gedir.
Büdcə layihəsində vurğulanır ki, ABŞ Prezidenti öz mülahizəsinə uyğun olaraq bu təşkilatlara ianələr ayrılmasına göstəriş verə bilər. Bu məqsədlər üçün vəsaitin “strateji investisiyaların” həyata keçirilməsi üçün yaradılması irəli sürülən 2,9 milyard dollarlıq xüsusi fonddan ayrılması təklif edilir.
Bundan başqa, sənəddə ziyanlı sülhməramlı missiyaları, o cümlədən BMT xətti ilə olan missiyaları maliyyələşdirməkdən imtina edərək xərclərin 1,6 milyard dollar azaldılması da təklif edilir.
Oxşar xəbərlər
KİV: Tramp büdcəni 163 milyard dollar azaltmağı təklif edəcək
Tramp Dövlət Departamentinin büdcəsini 50 % azaltmağı planlaşdırır
ABŞ Konqresi Pentaqonun büdcəsini artırmağı təklif edir
Tramp Administrasiyası Harvarda ayrılan 2,2 milyard dollarlıq qrantı dondurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
