Yeni Zelandiyada fövqəladə vəziyyət elan edilib
sizinxeber.az xəbər saytı

Yeni Zelandiyada fövqəladə vəziyyət elan edilib


Yeni Zelandiyada Kraystçörç şəhərində və Selvin rayonunda güclü yağışın genişmiqyaslı daşqına səbəb olmasından sonra fövqəladə vəziyyət elan edilib.

"Report" xəbər verir ki, bu barədə “New Zealand Herald” qəzeti fövqəladə hallar naziri Mark Mitçellə istinadən məlumat yayıb.

"Kenterberidəki Kraystçörç və Selvin rayonunda fövqəladə vəziyyət elan edilib", - nəşr yazıb.

Bundan əlavə, ölkənin paytaxtı Vellinqtonda güclü külək damları zədələyib, ağacları aşırıb.

"Vellinqton hava limanında uçuşlar axşam saat 6-ya qədər ləğv edilib. Bəzi evlərin elektrik enerjisi kəsilib", - qəzet bildirib.

Oxşar xəbərlər

Rusiyada güclü partlayış olub, fövqəladə vəziyyət elan edilib
Vaşinqtonda fövqəladə vəziyyət elan edilib
İspaniyada işıqların kəsilməsi fonunda fövqəladə vəziyyət elan edilib
Afrikada meymunçiçəyi virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər