Tramp Çin mallarına rüsumların azaldılacağını güman edir
ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145 % gömrük rüsumları azaldıla bilər və artırılması ehtimalı azdır.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Müəyyən məqamda onların (tariflərin - red.) daha yüksək olmasını istəmirəm. Ona görə də mümkündür ki, mən onları daha yüksək, hətta müəyyən səviyyəyə qaldırmaq istəməyim. Ola bilər ki, aşağı salmaq istəyim ki, insanlar alsın, müəyyən məqamda isə almasınlar", - dövlət başçısı bildirib.
O, Çinlə ticarət vəziyyəti həll olunana qədər “TikTok”la bağlı müqaviləni təxirə salmaq niyyətində olduğunu vurğulayıb. "Bizim “TikTok”la bağlı razılaşmamız var, lakin o, Çindən asılı olacaq, ona görə də hər şey yoluna qoyulana qədər müqaviləni dayandıracağıq. Məncə, bu, Çin üçün yaxşı sövdələşmədir. “TikTok” müqaviləsi Çin üçün yaxşıdır. Düşünürəm ki, onlar bizim sövdələşmə etməyimizi istərdilər", - Tramp deyib.
Oxşar xəbərlər
Tramp Çin məhsullarına tətbiq edilən rüsumları azalda bilər
Tramp ABŞ-də “TikTok”un bloklanması müddətinin təxirə salınacağını güman edir
ABŞ Aİ-nin Amerika mallarına tarif artımını təxirə salacağını gözləyir
Tramp ABŞ-də “TikTok”un fəaliyyət müddətini 75 gün uzadıb
Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
