ABŞ və Çin ticarət məsələlərində hər gün təmasdadırlar
sizinxeber.az xəbər saytı

ABŞ və Çin ticarət məsələlərində hər gün təmasdadırlar


ABŞ və Çin ticarət məsələlərində hər gün təmasdadırlar.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Jurnalistin Vaşinqton və Pekin arasında ticarət məsələlərində birbaşa təmasların olub-olmadığı barədə sualına Tramp lakonik cavab verib: “Hər gün”.

Tramp çərşənbə axşamı (22 aprel – Qeyd) bildirib ki, ABŞ Çindən gələn mallara rüsumları azaldacaq, lakin istənilən halda tarif dərəcəsi sıfır olmayacaq. Bir gün sonra isə o qeyd edib ki, tariflərin azaldılması vaxtı Pekinin hərəkətlərindən asılı olacaq. Amerika lideri həmçinin bildirib ki, ABŞ Çinlə ikitərəfli ticarət və gömrük rüsumları ilə bağlı fəal danışıqlar aparır və bu dialoq uğurla gedir.

Oxşar xəbərlər

Tramp Çinə tarifləri azaldacaq
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb
Ağ ev: Tramp Çin ilə ticarət sazişinə açıqdır
Tramp: ABŞ və Çin 3-4 həftədə ticarət razılaşmasına nail ola bilər
WSJ: ABŞ Çin ilə bağlı gömrük rüsumlarını azalda bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər