BAEA: İspaniyada AES-lərdə təhlükəsizliklə bağlı vəziyyət nəzarət altındadır
sizinxeber.az xəbər saytı

BAEA: İspaniyada AES-lərdə təhlükəsizliklə bağlı vəziyyət nəzarət altındadır


İspaniyanın elektrik şəbəkəsindəki nasazlıq ölkənin atom elektrik stansiyalarının (AES) təhlükəsizliyinə təsir etməyib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsində bildirib.

“BAEA İspaniyanın nüvə tənzimləyicisindən vəziyyətin sabit və nəzarət altında olduğuna dair təsdiq alıb. Nüvə və fiziki təhlükəsizlik pozulmayıb”, - o yazıb.

Qrossinin sözlərinə görə, bəzi AES-lər xarici ehtiyat enerji mənbələrindən istifadə edir.

Qeyd edək ki, bu gün gündüz saatlarında genişmiqyaslı elektrik kəsintisi Qərbi Avropanı iflic edib - İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız, internetsiz qalıb, metro işləməyib.

Oxşar xəbərlər

İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
BAEA Kiyevin tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək
Rafael Qrossi: Kursk AES-də nüvə insidenti baş verə bilər
BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib
Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynadakı müşahidəçilərinin sayını artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle