İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
sizinxeber.az xəbər saytı

İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb


Genişmiqyaslı elektrik kəsintisi Qərbi Avropanı iflic edib - İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız, internetsiz qalıb, metro işləmir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, işıqforlar, tramvaylar, hava limanları fəaliyyətini dayandırıb.

İspaniya dövlət şəbəkə operatorunun ilkin versiyasına görə, elektrik kəsintisinin səbəbi enerji sistemində nasazlıq ola bilər. Madrid hava limanı və paytaxt metrosunun işində fasilələr müşahidə olunur.

Oxşar xəbərlər

İspaniya ilə Portuqaliyanın böyük hissəsi işıqsız qalıb, hava limanları və metrolar fəaliyyətini dayandırıb
Salyanda güclü külək elektrik dirəyini aşırıb, şəhərin bir sıra küçələri işıqsız qalıb
Puerto-Rikoda genişmiqyaslı elektrik kəsintisi baş verib
Bosniya və Herseqovinada güclü qar səbəbindən onminlərlə ev işıqsız qalıb
Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle