BAEA Kiyevin tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası Ukraynanın tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov teleqram kanalında bildirib.
“Sabah BAEA-nın Rəhbərlər Şurası Ukraynanın tələbi ilə atom elektrik stansiyalarının təhlükəsizliyi üçün vacib olan qeyri-sabit enerji infrastrukturunun nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək”, - diplomat deyib.
Onun sözlərinə görə, bu iki mövzunun bir-biri ilə əlaqələndirilməsi heç bir əsasa söykənmir və BAEA-nın səlahiyyətləri çərçivəsindən kənara çıxır.
BAEA-nın daimi missiyaları 2023-cü ildən Ukraynanın bütün atom elektrik stansiyalarında işə başlayıb. Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, təşkilatın müfəttişləri Ukraynanın atom elektrik stansiyalarını kənardan təchiz edən elektrik yarımstansiyalarının vəziyyətinə nəzarət edəcək.
Oxşar xəbərlər
İran BAEA-nı şantaj edir
Rafael Qrossi: Kursk AES-də nüvə insidenti baş verə bilər
BAEA rəhbəri Kursk AES-dəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə səfər edib
Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynadakı müşahidəçilərinin sayını artıracaq
Reuters: BAEA Rəhbərlər Şurası İranı tənqid edən qətnamə qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













